...

Azərbaycanda "Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 14 saylı protokolu qüvvəyə minib

Siyasət Materials 11 Aprel 2006 14:29 (UTC +04:00)

Azərbaycanda "Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 14 saylı protokolu qüvvəyə minib. Trend in xəbər verdiyi kimi, Azərbaycan Milli Məclisinin qəbul etdiyi müvafiq qanun bu yaxınlarda prezident İlham Əliyev tərəfindən təsdiq edilib.

Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya Avropa Şurasına üzv ölkələr tərəfindən 4 noyabr 1950-ci ildə qəbul olunub. Konvensiyanın 22-ci maddəsinə dəyişikliklərin edilməsini nəzərdə tutan protokol isə 13 may 2004-cü ildə Strasburqda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti