Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Tacikistanın baş naziri Akil Akilovu qəbul edib. Görüşdə hökumətlərarası komissiyanın yaradılması və müxtəlif sahələrdə imkanların öyrənilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalıdır.
Gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair və ayrı-ayrı sahələri əhatə edən sənədlərin imzalanması nəzərdə tutulub. Görüşdə hidroenergetika sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin davam etdirilməsi və şarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.