...

Xaralampos Tsaruxas: QİƏT Azərbaycanda mühüm dəyişikliklər və iş üçün böyük impuls gözləyir

Siyasət Materials 24 May 2006 10:57 (UTC +04:00)
Xaralampos Tsaruxas: QİƏT Azərbaycanda mühüm dəyişikliklər və iş üçün böyük impuls gözləyir

Qara dəniz Ticarət və İnkişaf Bankının baş katibinin Trend ə eksklüziv müsahibəsi

- Yaxın gələcəkdə layihələrin təsdiqlənməsi prosesinin sürətləndirilməsi planında QTİB-in fəaliyyətində dəyişikliklər gözlənilirmi? Bu dəyişikliklər Azərbaycanda bankın fəaliyyətinə necə təsir göstərəcək?

- Biz Azərbaycanda fəaliyyətimizin genişlənəcəyini gözləyirik. Mən burada da "dəyişiklik" sözününü deyə bilmərəm. Bizim bank Azərbaycanda öz fəaliyyətini intensivləşdirməkdə davam edəcək. Hazırda bizim bir sıra maraqlı və perspektivli layihələrimiz var. Biz Azərbaycan Mikromaliyyələşdirmə Bankında iştirak edir və tamamilə yeni bazarda bu institutun əsasını qoymuşuq.
QTİB Azərbaycanda bir neçə kommersiya bankına kreditlər ayırıb. Biz Azərbaycan şüşə zavodunun layihəsinə də sərmayə qoyuruq. QTİB-in Azərbaycanda fəaliyyətini əsasən yerli kommersiya bankları vasitəsilə genişləndirməyi planlaşdırırıq, bu banklara kredit ayırmaq niyyətindəyik.

- QTİB Azərbaycanda hansı yeni layihələri maliyyələşdirməyi planlaşdırır?

- Biz Azərbaycan bazarındakı fəaliyyətimizdə ciddi irəliləyişlər gözləyirik və bunun başlanğıcı iyunda yeni sazişlərin imzalanması mərasiminə təsdaüf edir. Ancaq biz bununla kifayətlənməyəcəyik və QTİB-in Direktorlar Şurasının iyunun 11-13-də Bakıda keçiriləcək 15-ci iclası çərçivəsində biznes günü ərzində bir çox şirkətlərlə görüşlər təşkil etməyi planlaşdırırıq. Biz artıq sizin iş adamları ilə görüşlər üçün ehtiyatda otaqlar saxlamışıq. Azərbaycan bazarında işimiz üçün əsaslı irəliləyişlər və böyük təkan gözləyirik.

- Direktorlar Şurasının iclasının gündəliyinə daxil edilmiş məsələlərdən biri də bankın nizamnamə kapitalında səhmlərin bölünməmiş hissəsi (3%) məsələsinin həlli ilə bağlıdır. Azərbaycan bu səhmlərin bir hissəsini ala bilərmi və bu gün QTİB-ə üzv olan neçə ölkə belə istək bildirib?

- Bu məsələ cari ildə həll edilə bilməz. Sizin sualınızı 2008-ci ildən tez olmayaraq cavablandırmaq olar.

- Bugünkü gün bank üzvləri tərəfindən 1 mlrd SDR vəsaitdən yalnız 300 mln-u ödənilib. QTİB özünün maliyyə imkanlarını genişləndirmək üçün elan olunmuş kapitalın qalan hissəsinin formalaşdırılmasına nə zaman başlayacaq?

- Bank gəlirlə işləyir və bu, kapitalın beynəlxalq bazara asanlıqla daxil olmasına imkan verir. Bizim böyük təcrübəmiz var, biz beynəlxalq bazarda fondlar əldə etmək üçün işləyir və buna nail oluruq. Hazırda biz vəziyyətin yaxşılamasını gözləyirik. Bu addımlar QTİB-in fəaliyyəti üçün yüngül maliyyə vəsaiti axtarmaq imkanı yaradır. Buna görə də bankın kapitalının artırılması problem deyil. Ümumiyyətlə, bizim belə problemimiz yoxdur. Bank yaxşı işləyir və ucuz maliyyə vəsaiti ilə təmin etmə nöqteyi-nəzərindən cəlbedici olan sağlam bank bazarı kimi tanınıb.

QTİB-in Azərbaycanda gələcək fəaliyyəti üçün hansı prioritet istiqamətlər müəyyən edilib?

- Biz artıq ölkə hökuməti ilə bir neçə prioritetləri müəyyən etmişik. Maliyyə sektorunun dəstəklənməsi bizim prioritetimizdir. Buna görə də biz yerli banklarla kredit əlaqələri qurmağa üstünlük veririk. Bu, iqtisadiyyatın hərəkətverici qüvvəsi olan maliyyə sektoru nöqteyi-nəzərindən normaldır. Əgər sizin güclü maliyyə sektorunuz və pula çevirmə qabiliyyətiniz varsa, kredit ala bilərsiniz. Kredit isə sərmayə deməkdir. Bundan başqa, kənd təsərrüfatı sektoru da var və Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalına böyük diqqət ayırır. Buna görə də biz bu görüşü iyunda təşkil etmişik və həmçinin, infrastrukturla bağlı iclas da keçirmək istəyirik. İnfrastruktur dedikdə biz nəqliyyat və telekommunikasiya başa düşürük. Biz Azərbaycan bazarında bu sektorların təkmilləşməsini görmək istəyirik.

- QTİB-in kiçik maliyyə imkanlarını nəzərə alsaq, bank çoxlu sərmayə tələb edən energetika və nəqliyyat sektorları üçün nə qədər vəsait ayıra bilər?

- Mən bərpa olunan mənbələrdən karbohidrat hasilatı üzrə layihələr üzərində Azərbaycanda olduğu kimi rahat işləmək imkanının olduğu başqa yer tanımıram. Ancaq məhz bu layihələrin bizim üçün prioritet olduğunu düşünmürəm. Biz infrastruktura, yolların salınması və modernləşdirilməsi layihələrinə, həmçinin, kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinə üstünlük verərdik.
Əlbəttə, bank iri layihələri maliyyələşdirə bilməz. Ancaq biz hesab edirik ki, kiçik və orla layihələri asanlıqla tapa bilərik. Bizim Azərbaycanda nəzərdə tutduğumuz bəzi ideyalar var. Biz bir sıra sektorlarda, məsələn telekommunikasiya sektorunda danışıqlar aparırıq.

- QTİB layihələri dövlət xətti ilə maliyyələşdirməyi planlaşdırırmı? Azərbaycan hökuməti ilə görüşdə banka dövlət investisiya şirkətində iştirak etmək təklifi irəli sürüldümü?

- Yox. Biz hökumətlə işləməyə üstünlük vermirik. Biz bazarda özəl sektorla işləyirik. Kommersiya bankı kimi bizim üçün rahat və əlverişli layihələr əsasdır. Əgər biz görsək ki, layihə həyat qabiliyyətlidir, gələcəyi var, ideyanın səmərəliliyini göstərən texniki-iqtisadi əsaslandırılmaya malikdir, o zaman bank bu məsələni müzakirə edir, biz isə tövsiyələr veririk. Daha sonra isə mən heç bir problem görmürəm.
Ümumiyyətlə, bu, danışıqların mövzusudur. Əgər layihə varsa, biz analiz aparır və layihənin yaxşı olmasına əmin oluruq. Belə halda biz az riskə gedirik, bu da aşağı dəyər, ucuz pul deməkdir. Ancaq əgər layihənin əlverişliyi ilə bağlı hər hansı şübhə və ya məsələlər varsa, risk dərəcəsi artır. Biz hər hansı dövlət şirkətində iştirak etməyə hazırlaşmırıq. Biz yalnız öz meyarlarımız əsasında işləyirik. Bu meyarlar maliyyələşdirmə və vəsaitin verilməsidir. Ancaq biz krediti payçı qismində ayırmırıq. Biz bunda iştirak etmirik.

- QTİB-ə yeni üzvlərin qəbulu gözlənilirmi?

- Hazırda biz hər hansı yeni üzvün qəbul edilməsini gözləmirik. Bu məsələ 2008-ci ildə müzakirə olunacaq.

- Bank layihələrin sindikatlaşdırılmış maliyyələşdirilməsində iştirak edirmi? QTİB-in Azərbaycanın da cəlb olunacağı regional layihələrin maliyyələşdirilməsində iştirakı gözlənilirmi?

- Biz bir çox beynəlxalq maliyyə institutları, DB, BMK, AYİB ilə işləyirik. Məsələn, Azərbaycanda mikromaliyyələşdirmənin iştirakçıları AYİB, bizim bank, KFW və BMK-dır. Deməli, biz birgə layihələrdə iştirak edirik. Əgər Azərbaycanı Qafqazın digər ölkələri ilə müqayisə etsək, o zaman sizin ölkə üstündür. Ancaq Azərbaycana inkişaf etmək, bizə isə burada fəaliyyətimizi genişləndirmək faydalıdır.
İndiki anda bəzi ölkələrdə bazara çıxış olduqca asanlaşıb. Bu ölkələr Azərbaycandan olduqca böyükdür. Bu ölkələrin iqtisadiyyatının sənaye kimi sektorları çox inkişaf edib. Azərbaycanda neft sektoru ən inkişaf etmiş sektordur. Ancaq bizim bank bu sahədə nə isə əhəmiyyətli bir iş görə bilməz. Bununla belə biz maliyyə sektoru ilə fəal əməkdaşlıq edirik. Biz Azərbaycanda kreditlər ayırır və bunu genişləndirməyə hazırlaşırıq. Bizim təşkilat çox gəncdir və kapitalımız $300 mln təşkil edir. Bu, böyük rəqəm deyil. Ancaq buna baxmayaraq, biz bu kapitaldan istifadə edirik, borc veririk, gəlir götürürük, Azərbaycanda biznesin qurulması imkanlarını axtarırıq və bunun müzakirəsi üçün ideal variant iyunda keçiriləcək biznes-günüdür. Mən göstərdiyi köməyə və dəstəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bilddirmək istərdim. Biz iyunda həmin günlər ərzində yaxşı nəticələr gözləyirik. Sizin hökumət bizi qəbul edib və biz onların ümidlərini doğrultmalıyıq.

- QTİB-ə üzv olan digər ölkələrlə müqayisədə Azərbaycan bankın ümumi kredit portfelində maliyyələşdirilmənin həcminə görə neçənci yerdədir və təşkilatın kapitalında iştirak payı bu nisbətin dəyişməsinə təsir edə bilərmi?

- Biz Azərbaycanın maliyyə vəsatimizin təkcə iki faizini alacağını gözləmirik. Siz daha çox - 20-30% ala bilərsiniz. Biz bütün bazarla bərabər dərəcədə işləməyə çalışırıq. Analoji ölçülü digər ölkələrlə müqayisədə Azərbaycan çox əlverişli mövqeyə malikdir. Eyni sahəyə və ya bərabər saylı xalqa malik ölkələrlə müqayisədə Azərbaycan Moldova, Ermənistan, Gürcüstan və ya Albaniyaya nisbətən daha üstün mövqedədir. Söhbət bankın kapitalında iştirak payından deyil, iqtisadiyyatın və ölkənin ölçüsündən gedir. Azərbaycan Türkiyə, Yunanıstan və Rusiya ilə müqayisə edilə bilər. Mən ölkələrin iqtisadiyyatı, ölçüsü və bazarı müqayisə edirəm. Məsələn, sizdə 8,5 mln istehlakçı var və bu, ölkə əhalisini təşkil edir. Bu, Albaniya və Gürcüstanın əhalisinnin sayına bərabərdir. Siz daha yaxşı vəziyyətdəsiniz.

Xəbər lenti

Xəbər lenti