...

Mayın 31-də MDB müdafiə nazirlərinin Bakı görüşündə Ermənistan naziri iştirak etməyəcək

Siyasət Materials 25 May 2006 18:15 (UTC +04:00)

Mayın 31-də MDB ölkələrinin müdafiə nazirlərinin Bakıda keçiriləcək görüşündə Ermənistanın müdafiə naziri iştirak etməyəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

İ.Verdiyev bildirib ki, görüşdə ümumilikdə 10 ölkənin müdafiə nazirləri iştirak edəcəklər. Görüşün gündəliyi isə hələlik təsdiqlənməyib. Müzakirəyə çıxarılaraq konkret məsələlər barədə məlumat olsa da, görüşün ümumi məqsədi MDB dövlətlərinin müdafiə nazirlikləri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti