...

AB və Azərbaycan arasında təxirə salınmış məsləhətləşmələr iyunun ortalarına qədər baş tuta bilər

Siyasət Materials 5 İyun 2006 15:41 (UTC +04:00)

Avropa qonşuluq siyasəti (AQS) çərçivəsində fəaliyyət planı üzrə Avropa Birliyi və Azərbaycan arasında təxirə salınmış məsləhətləşmələr iyunun ortalarına qədər baş tuta bilər. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Benilyuks və AB ölkələrindəki səfiri Arif Məmmədov xəbər verib.

Onun sözlərinə görə, məsləhətləşmələrin növbəti raundu mayın 15-də Bakıda olmalı idi, lakin bu, AB-nin xahişi ilə təxirə salınmışdı. Tərəflər Bakıda 5 il üçün nəzərdə tutulmuş Fəaliyyət planının son variantını müzakirə edəcəklər. A.Məmmədov qeyd edib ki, bir çox məsələlər, demək olar ki, razılaşdırılıb.

Danışıqlarda AB missiyasına Mərkəzi və Şərqi Avropa ilə əlaqələr üzrə Baş direktoratın direktoru Xyun Minqarelli rəhbərlik edəcək. Danışıqlarda Azərbaycan tərəfinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edəcək.

Sənədin layihəsi ilk dəfə Bakıda dekabr ayında müzakirə olunub, danışıqların ikinci raundu isə martın 7-də Brüsseldə baş tutub.

Xəbər lenti

Xəbər lenti