...

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Bakıda Hüquqi Yardım Mərkəzi açır

Siyasət Materials 19 İyun 2006 14:49 (UTC +04:00)

İyunun 19-da saat 17.45-də Bakıda Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Avroasiyada Hüquq Təşəbbüsünün (ABA-CEELİ) Hüquqi Yardım Mərkəzinin rəsmi açılışı olacaq. Bu barədə Trend ə ABŞ səfirliyindən məlumat verilib.

Qeyd edək ki, bu mərkəzi ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Ceyson Haylend və ABA-CEELİ-nin Azərbaycan üzrə direktoru Frank Hespe açırlar. Yeni açılan Mərkəz Azərbaycanda ehtiyacı olan vətəndaşlar üçün mülki və cinayət işləri üzrə ödənişsiz hüquqi yardım göstərəcək. Həmçinin Azərbaycanda gənc hüquqşünasların təcrübəsinin artırılmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti