...

ATƏT eksperti Azərbaycanda "Melanj" tipli raket yanacağının məhvi üzrə tədbirlərdə iştirak edir

Siyasət Materials 4 İyul 2006 12:49 (UTC +04:00)

ATƏT öz ekspertini "Melanj" tipli zəhərli raket yanacağının məhvi layihəsi üzrə tədbirlərdə iştirak etmək üçün Azərbaycana göndərib. ATƏT-in Bakı ofisindən Trend ə verilən məlumata görə, layihənin əsas icraçısı NATO olsa da, ATƏT də bu prosesin həyata keçirilməsini dəstəkləyir.

Layihənin gerçəkləşdirilməsinə 2005-ci ilin oktyabrında, beynəlxalq ekspertlərin iki anbardakı zəhərli tullantıların təkrar istifadəsi məsələlərini öyrənmək məqsədilə Azərbaycana səfəri zamanı başlanıb.

Ekspertlər raket yanacağı ilə çirklənmiş torpağın reabilitasiyası üçün tələb olunan texniki və maliyyə ehtiyatlarının həcmini artıq müəyyən edib.

"Melanj" - ətraf mühit üçün potensial təhlükə yaradan qeyri-sabit və zəhərli yanacaq elementidir", - deyə nümayəndəlikdən bildirilib. Anbarlardakı kimyəvi komponentlərin siyahısı artıq tərtib olunub.

Ekspertlərin tövsiyələri və alınmış məlumatlar ATƏT-in büdcəsinə dəyişikliklərə baxılması zamanı da nəzərə alınıb.

Xatırladaq ki, iyulun 4-də Bakıda NATO və Azərbaycan hökuməti nümayəndələrinin iştirakı ilə beynəlxalq seminar başa çatıb.

Xəbər lenti

Xəbər lenti