İqtidaryönlü partiyaların Məşvərət Məclisinin (MM) sıraları genişlənmək üzrədir. Bu barədə Trend ə Məşvərət Məclisinin sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.
M.Əlizadə qeyd edib ki, Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan Partiyası və Azərbaycan Xalq İttifaqı Partiyası quruma üzv olmaqla bağlı müraciət edib. Yaxın vaxtlarda Məşvərət Məclisi Sədrlər Şurasının toplantısında bu məsələnin müzakirəsi gözlənilir. M.Əlizadə onu da qeyd edib ki, qurumun əsasnaməsinə əlavə və dəyişikliklər də nəzərdə tutulub. Qurum bundan sonrakı fəaliyyətini yeni əsasnaməyə uyğun həyata keçirəcək.
Məşvərət Məclisinin sədri onu da vurğulayıb ki, oktyabrın 6-da bələdiyyələrdə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərə hazırlıq işləri yekunlaşmaq üzrədir. Onu da qeyd edək ki, quruma daxil olan partiyalar təkrar bələdiyyə seçkilərində müstəqil şəkildə qatılsalar da, seçkilərlə bağlı məlumatlar mərkəzi qərargahda toplanılacaq.