...

Mirmahmud Mirəlioğlu Avropa İnsan iHaqları Məhkəməsinə şikayət hazırlayır

Siyasət Materials 21 İyul 2006 17:31 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Avropa İnsan iHaqları Məhkəməsinə müraciət edəcək. Bu barədə Trend ə KXCP-nin təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib.

Qeyd edək ki, M.Mirəlioğlu Avropa İnsan Haqları Məhkəməsinə 2006-cı il mayın 13-də parlamentə keçirilən təkrar seçkilərdə namizədi olduğu 42 saylı Sumqayıt seçki dairəsində baş verən qanunsuzluqlarla bağlı müraciət edəcək. Onu da bildirək ki, partiya sədri bu müraciətlə ötən ay Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə də müraciət edib. Lakin hər iki instansiya onun iddiasını təmin etməyib.

Partiya rəsmisi qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək sənədlər artıq hüquqşünaslar tərəfindən hazırlanıb: "Şikayətlə bağlı 200-ə yaxın akt, protokol və müşahidəçi rəyi toplanıb. Sənədləri ingilis dilində tərcümə edib göndərəcəyik". X.Teyyublu onu da əlavə edib ki, 2005-ci il noyabrın 6-da parlamentə keçirilən seçkilərdə iştirak edən partiya sədrinin müavinlərindən olan Bəybala Əbil və Mehriban Vəzir də Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib: "Bəybala Əbilin şikayəti artıq icraata götürülüb. Mehriban Vəzir isə şikayətini çoxdan göndərib".

Xəbər lenti

Xəbər lenti