...

Azərbaycan Livan və Fələstin xalqlarına humanitar yardım göstərəcək

Siyasət Materials 25 İyul 2006 15:15 (UTC +04:00)
Azərbaycan Livan və Fələstin xalqlarına humanitar yardım göstərəcək

Azərbaycan İsrail qoşunlarının Livan ərazisinə daxil olması və hərbi əməliyyatlar nəticəsində humanitar böhran yaşayan Livan və Fələstin xalqlarına humanitar yardım göstərəcək. Bu barədə Trend ə XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə bildirib.

Yardımın göstərilməsi haqqında qərar artıq Azərbaycan hökuməti səviyyəsində qəbul olunub və yaxın vaxtlarda bəyan olunacaq. Bu maliyyə yardımı yaxın günlərdə Livan və Fələstinə təqdim olunacaq.

Azərbaycanın humanitar yardım göstərmək niyyəti dünən Nyu-Yorkda BMT-nin Livandakı humanitar vəziyyyətlə bağlı keçirilən iclasında elan olunub. Görüşdə İslam Konfransı Təşkilatının (İKT) sədri kimi Azərbaycan nümayəndəsi də çıxış edib. "Azərbaycan tərəfi İKT dövlətlərinin Livanla həmrəyliyini qeyd edib, bu ölkədə yaranmış humanitar vəziyyətin kəskinliyini, xüsusilə, 800 min nəfərin bu böhranın qurbanı olduğunu vurğulayıb. Livana humanitar yardım göstərilməsi istiqamətindəki səylərinə görə BMT-yə təşəkkür edən Azərbaycan nümayəndəsi humanitar yardımın təşkilatın xəttilə həyata keçirilməsi təklifini dəstəkləyib. Bununla əlaqədər görüşdə iştirak edən bir sıra dövlətlər Livana konkret məbləğdə yardım göstərmək öhdəliyini götürüb" - deyə T.Tağızadə qeyd edib.

T.Tağızadənin sözlərinə görə, Azərbaycan təkcə Livana deyil, həm də bu böhrandan əziyyət çəkən Fələstin xalqına yardım göstərilməsi barədə hökumət səviyyəsində qərar qəbul edib. O əlavə edib ki, Azərbaycan müsəlman ölkəsi və İKT sədri kimi bu səylərdən kənarda qala bilməz.

Xəbər lenti

Xəbər lenti