...

Xaricdəki səfirlərə verilən əsas tövsiyyələr Azərbaycan həqiqətləri haqqında informasiyanın yayılmasıdır

Siyasət Materials 17 Avqust 2006 18:44 (UTC +04:00)

Xaricdəki diplomatik missiyaların başçılarına verilən əsas tövsiyyələr Azərbaycan həqiqətləri haqqında daha geniş informasiyanın yayılmasıdır. Trend xəbər verir kimi, bu barədə avqustun 17-də Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov jurnalistlərə verdiyi müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycanın daha da çox tanınmasına Azərbaycan haqqında məqalə və kitablar kömək edə bilər. Bu məqalə və kitablar xarici dillərə tərcümə olunmalıdır.

Nazirin qeyd etdiyi kimi, bu, Azərbaycanın xaricdəki diplomatik missiya başçılarının ikinci belə toplantısıdır və onlar iki ildən bir Azərbaycana yığışacaqlar.

"Mən hesab edirəm ki, belə görüşlərin keçirilməsi çox vacib məsələdir. Azərbaycan prezidenti, nazirlər, deputatlar, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə komitənin başçısı səfirlər qarşısında çıxış edib və gələcəkdə ölkənin təbliğatında qüvvələrin birləşdirilməsi məsələsini müzakirə ediblər", - deyə E.Məmmədyarov əlavə edib.

XİN başçısı qeyd edib ki, ümumilikdə səfirliklərin və Azərbaycanın digər diplomatik nümayəndəliklərinin fəaliyyətindən razıdır. O əlavə edib ki, 2004-cü ildən etibarən digər ölkələrdə Azərbaycanın 21 səfirliyi və diplomatik nümayəndəliyi açılıb.

Xəbər lenti

Xəbər lenti