Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin milli müdafiə qurumlarının fəaliyyəti ilə tanış olacaq. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.
Səfirin sözlərinə görə, səfər tanışqlıq xarakteri daşıyır. Səfər çərçivəsində nazir ötən gün Türkiyənin milli müdafiə naziri Vecdi Könüllə görüşüb. Tərəflər müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Türkiyə tərəfi Azərbaycana müdafiə sənayesinin inkişafında yardım göstərməyə hazır olduğunu bldirib.