...

BAXCP Roma Papası XII Benediktin dünya müsəlmanlarından üzr istəməsini tələb edir

Siyasət Materials 18 Sentyabr 2006 17:21 (UTC +04:00)

Müxalifətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə Trend ə BAXCP mətbuat xidmətindən bildiriblər.

Müzakirəyə çıxarılan ilk məsələ Roma Papası XII Benediktin Almaniyada keçirilən dini mərasimdə Məhəmməd peyğəmbərə və İslam dünyasına yönəlik fikirlərilə bağlı olub. Bununla bağlı BAXCP İdarə Heyəti bəyanat qəbul edib. Bəyanatda deyilir: "Roma Papası XII Benediktin İslam dünyasına münasibətdə işlədiyi ifadələrə heç bir formada haqq qazandırmaq olmaz. Dünyada dinlərarası dialoqa və əməkdaşlığa böyük ehtiyac duyulduğu bir zamanda din xadimlərinin əsas vəzifəsi sivilizasiyalar arası inteqrasiya prosesinə təkan verməkdən ibarət olmalıdır. Roma Papasının fikirləri, xristianlığın təməl prinsiplərindən irəli gələn tolerantlığa söykənmir və milyarda yaxın insanın tapındığı İslam dini haqqında yanlış təəssüratların formalaşmasına xidmət edir. XII Benedikt həm Roma Papası, həm də BMT üzvü olan Vatikan dövlətinin başçısı kimi insanların inanclarına sayğıyla yanaşmalı, dini ayrı-seçkiliyə səbəb olan fikirlər səsləndirməməlidir. BAXCP İdarə Heyəti hesab edir ki, Roma Papası Məhəmməd peyğəmbər və İslam dini haqqında işlətd
iyi yanlış ifadələrə görə bütün dünya müsəlmanlarından üzr istəməlidir".

İşğal altında olan Azərbaycan əraziləriylə bağlı məsələni müzakirə edən BAXCP İdarə Heyəti GUAM üzvü olan ölkələrin münaqişələrin həlli ilə bağlı müraciətlərinin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının (BMT BA) 61-ci sessiyasının gündəliyinə salınmasını yüksək dəyərləndirib.

İdarə Heyəti işğal altında olan ərazilərimizlə, o cümlədən Kəlbəcər və Laçın rayonlarıyla bağlı ATƏT-in Misk qrupunun ABŞ-ı təmsil edən həmsədri Metyu Brayzanın növbəti sərsəm açıqlamalarına da münasibət bildirib: "Metyu Brayzanın ərazi mübadiləsi və işğal altında olan Azərbaycan torpaqlarıyla bağlı fikirləri problemin ədalətli həllinə deyil, Ermənistanın təcavüzkar siyasətinin müdaifəsinə xidmət edir. Belə mülahizələr işalçı dövlətin münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq normalarının tətbiqinə müqavimət göstərməsini stimullaşdıran amil və işğalçı dövləti öz möyqelərindən geri çəkilməməyə çağırış kimi dəyərləndirilməlidir".

Qeyd edək ki, BAXCP 2001-ci ildə yaradılıb. Partiyanın sədri millət vəkili Qüdrət Həsənquliyevdir.

Xəbər lenti

Xəbər lenti