Sentyabrın 23-də "Azadlıq" meydanında Bakı Şəhər Yol Polisi idarələrinə yeni avtomobillərin təqdimat mərasimi keçirilib. Trend in məlumatına görə, təqdimat mərasmində Azərbaycanın daxili işlər naziri general polkovnik Ramil Usubov da iştirak edib.
200 ədəd "BMI-320" markalı, hər cür müasir avadanlıqla və xüsusi ləvazimatlarla təchiz olunmuş salonu olan avtomobillər Almaniyanın BMI şirkəti ilə birbaşa müqavilə əsasında Azərbaycana gətirilib.
Nazir Ramil Usubov yeni avtomobillərin açarlarını və sənədlərini şəhər yol polisi idarələrinin rəislərinə təqdim edərək onlara yol hərəkəti qaydalarını qorumaqda uğurlar arzulayıb.
Şəhər yol polis idarələrinə 2005-ci ildə təqdim olunmuş "Folsvagen" markalı avtomobillər isə regionlarda fəaliyyət göstərən yol polisi idarələrinin istifadəsinə veriləcək.