...

AKP MK Bürosunun oktyabrın 8-də keçiriləcək iclasında qurultayın vaxtı və yeri müəyyənləşəcək

Siyasət Materials 28 Sentyabr 2006 13:00 (UTC +04:00)

Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsi (MK) Bürosunun iclası keçirilib. Bu barədə Trend ə AKP sədrinin birinci müavini, sabiq millət vəkili Rauf Qurbanov bildirib.

R.Qurbanov qeyd edib ki, MK Büro iclasında partiyanın II (37-ci) qurultayına hazırlıq işləri müzakirə olunub. Bu barədə MK təşkilat şöbəsinin müdiri, qurultaya hazırlıq Təşkilat Komitəsinin rəhbəri Ələsgər Xəlilov məlumat verib. O, partiyanın Bakı şəhəri üzrə təşkilat komitələrinin protokollarının daxil olduğunu deyib: "Respublikanın digər rayonlarından da qurultaya hazırlıqla bağlı keçirilən konfransların yekun protokolları rəhbərliyə daxil olub". R.Qurbanov bildirib ki, prttokollar qurultaya seçilən nümayəndələrin tərkibi ilə bağlıdır.

AKP rəsmisi onu da əlavə edib ki, qurultayda sədrin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatı dinlənicələk, nizamnaməyə dəyişiklik və sədrin seçilməsi məsələlərinə baxılacaq. Qurutay Plenumu seçir, Plenum isə partiya sədrini və Büro üzvlərini seçəcək: "Oktyabrın 8-də MK Bürosunun daha geniş iclasını çağırmışıq. Qurultaya hazırlıqla bağlı məsələlər yenidən iclasda baxılacaq. Ola bilsin ki, qurultayın günü və yeri bu iclasda müəyyənləşdirilsin".

Xatırladaq ki, AKP 1993-cü ilin noyabrında təsis qurultayını keçirib. 1994-cü ilin martın 2-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2000-ci ildə parlament seçkilərində AKP sədri və birinci müavini deputat seçilib. AKP Beynəlxalq Kommunist Təşkilatının üzvüdür.

Xəbər lenti

Xəbər lenti