...

Prezident İlham Əliyev "Nobi" şirkətinin prezidentini qəbul edib

Siyasət Materials 9 Oktyabr 2006 18:28 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 9-da "Nobi" şirkətinin prezidenti Riçard Elmanı qəbul edib. Trend xəbər verir ki, R.Elman Azərbaycanda ilk dəfə olduğunu və ölkəmizdə gedən geniş tikinti və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını bildirib.

Prezident bildirib ki, Azərbaycan güclü və dinamik iqtisadi inkişaf yoluna qədəm qoyub: "Əsas məqsədimiz qeyri-neft sektorunun davamlı inkişafına nail olmaqdır. Görülən tədbirlər bu istiqamətdə uğurlar əldə etmək üçün baza yaradır".

Xəbər lenti

Xəbər lenti