...

Məhəmməd Peyğəmbəri təhqir etmiş Danimarka Nasist Partiyasının gənclər qolu elə Danimarkanın özündə boykot ediləcək

Siyasət Materials 11 Oktyabr 2006 19:21 (UTC +04:00)

Danimarka Milli Gənclər Şurası vandalizm aksiyasını - Məhəmməd Peyğəmbərin "karikaturası müsabiqəsi"ni keçirmiş milliyyətçi gənclərin hərəkətlərini pisləyib və bu təşkilatı boykot edir. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Forumunun baş katibi Elşad İsgəndərovun Trend ə eksklüziv olaraq xəbər verdiyi kimi, bu barədə Danimarka Milli Gənclər Şurasının İKT-yə göndərdiyi məktubda deyilir.

Məktubda dini hisslərin təhqir olunmasının yolverilməzliyi və günahkarların cəzalandırılması ilə bağlı İslam Konfransı Gənclər Forumunun mövqeyi ilə həmrəylik öz əksini tapıb. Qeyd olunub ki, biabırçı karikaturaların müəllifi olan Danimarka Nasist Partiyasının gənclər qolu özündə ekstremist gəncləri birləşdirir və bütöv Danimarka gənclərini təmsil etməyən bir marginal qrupdur.

Məktubda qeyd edildiyi kimi, "bu qalmaqaldan sonra ölkənin bütün gənclər təşkilatı nəinki bu partiyanın gənclər qolu ilə əməkdaşlığı dayandırıb, eləcə də onunla bundan sonra istənilən əlaqəni kəsəcəklərini bildiriblər".

Xəbər lenti

Xəbər lenti