...

Jak Şirak "erməni soyqırımı" faktının inkar edilməsinə görə həbs cəzasının tətbiqinin qanunvericilklə təsdiqlənməsini yersiz hesab edir

Siyasət Materials 16 Oktyabr 2006 10:50 (UTC +04:00)
Jak Şirak "erməni soyqırımı" faktının inkar edilməsinə görə həbs cəzasının tətbiqinin qanunvericilklə təsdiqlənməsini yersiz hesab edir

Fransa prezidenti Jak Şirak 1915-ci ildə "erməni soyqırımı" faktının inkar edilməsinə görə həbs cəzasının tətbiqinin qanunvericiliklə təsdiqlənməsini lüzumsuz və yersiz hesab edir. Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, bu barədə o, Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla telefon söhbətində bəyan edib. Məlumat Yelisey sarayından verilib.

"Erməni soyqırım" faktının inkar edilməsinə görə həbs cəzasını nəzərdə tutan qanun layihəsi ötən cümə axşamı Fransa Milli Yığıncağında qəbul edilib.

O bəyan edib ki, 1915-1917-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin "erməni xalqının soyqırımı" kimi tanınması haqqında qanunun 2000-ci ildə Fransada qəbul edilməsi tarixi həqiqətin üzə çıxarılması üçün kifayətdir. Şirakın sözlərinə görə, müxalifətdən olan deputatların (sosialistlərin) təşəbbüsü ilə soyqırımın tanınmamasına görə həbs cəzasının verilməsi ətrafında müzakirələr "məsələnin hüquqi tərəfindən daha çox ritorika ilə izah olunur".

Bununla belə o öz fikrində qaldı ki, Türkiyənin "soyqırım" faktını tanıması ölkənin AB-yə daxil olmasının şərtlərdən biri olmalıdır.

Milli Yığıncaq tərəfindən qanun layihəsinin qəbulu Fransa və Türkiyə arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. AB fransalı parlamentarilərin qərarından təəssüfləndiyini bildirərək, bunu "qeyri-məhsuldar addım" adlandırıb.

Xəbər lenti

Xəbər lenti