...

Tiranada Mərkəzi Avropa Təşəbbüsü Parlament Assambleyasının iclası keçiriləcək

Siyasət Materials 1 Noyabr 2006 12:39 (UTC +04:00)

Milli Məclisin deputatı Asəf Hacıyev Mərkəzi Avropa Təşəbbüsü Parlament Assambleyasının iclasında iştirak etmək üçün noyabrın 1-də Tiranaya yola düşür. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclasda Mərkəzi Avropa Təşəbbüsü çərçivəsində parlamentlərarası əməkdaşlıq, qurumun fəaliyyəti ilə bağlı qaydaların tətbiqi, region ölkələrində ali təhsilin inkişafı barədə məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

İclas ərəfəsində həmçinin təşkilatın Siyasi, İqtisadi və Mədəniyyət məsələləri üzrə baş komitələrin yığıncaqları da keçiriləcək.Deputatımız tədbirlərdə iştirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə münasibətini bildirəcək.

Səfər noyabrın 4-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti