"Yol Hərəkəti Qaydalarına riayət edək" devizi altında keçirilən reyd zamanı Gəncədə 657 yol hərəkəti qaydalarını pozan sürücü saxlanılıb. Bu haqda məlumatı Trendə Gəncə şəhər Yol Polisi İdarəsinin rəis müavini Rahil Məmmədov verib.
Onun sözlərinə görə, respublika səviyyəsində keçirilən bu reyd noyabrın 15-də başlayıb. Bu müddət ərzində şəhərdə 657 nəfər sürücü müxtəlif formada yol hərəkəti qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib. Onlardan 28 nəfəri sərxoşluq, 20 nəfəri yüksək sürət, 48 nəfəri svetoforu qırmızı işıqda keçmək, 29 nəfəri maşınlarda görüntünü məhdudlaşdıran pərdələr quraşdırmaq, 464 nəfəri isə digər yol hərəkəti qaydalarını pozmaq səbəbələrinə görə müxtəlif məbləğlərdə cərimə olunublar.
Rəis müavininin sözlərinə görə, yol hərəkəti qaydlarını pozan sürücülər içərisində gənclər üstünlük təşkil edir.