...

ABŞ –ın hərbi məsələlər üzrə katib müavininin köməkçisi Bakıda gələn il üçün hərbi əməkdaşlığı müzakirə edir

Siyasət Materials 8 Dekabr 2006 15:48 (UTC +04:00)

ABŞ-ın hərbi məsələlər üzrə katib müavininin köməkçisi Cim MakDuqal Bakıya gəlib. O, hərbi sahədə Azərbaycan və ABŞ arasında bütün ikitərəfli münasibətlərə nəzarət edən məsul şəxs hesab olunur. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, səfərin məqsədi- hərbi sahədə ikitərəfli məsələləri müzakirə etməkdən ibarətdir.

C.MakDuqalın rəhbərlik etdiyi nümayəndə heyyəti dekabr ayının 6-da Azərbaycana gəlib və Azərbaycanın müvafiq orqanları ilə görüşlər keçirib. Bu görüşlər gələn il Azərbaycan və ABŞ arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq üçün bünövrənin yaradılmasına kömək edib.

ABŞ-ın hərbi məsələlər üzrə katib müavininin köməkçisi Azərbaycanın Müdafiə və Xarici İşlər Nazirliklərində İraq, Əfqanıstan və Kosovoda təhlükəsizlik sahəsində aparılan əməkdaşlıqla bağı məsələləri və qlobal terrorçuluğa qarşı mübarizə mövzusunu müzakirə edib.

ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri bu gün başa çatacaq.

Xəbər lenti

Xəbər lenti