...

Baş Konsul: "Yaxın günlərdə Sankt-Peterburqda azərbaycanlıların qeydiyyat probleminin həllinə yardım məqsədilə ofis açılacaq"

Siyasət Materials 11 Yanvar 2007 14:13 (UTC +04:00)
Baş Konsul: "Yaxın günlərdə Sankt-Peterburqda azərbaycanlıların qeydiyyat probleminin həllinə yardım məqsədilə ofis açılacaq"

Azərbaycanın Santk-Peterburqdakı Baş Konsulluğunun təşəbbüsü ilə yaxın günlərdə bu şəhərdə azərbaycanlıların qeydiyyat probleminin həllinə yardım məqsədilə ofis açılacaq. Bu barədə Trend ə Azərbaycanın Santk-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov məlumat verib.

O bildirib ki, həmin ofisdə hüquqşünaslar çalışacaqlar. Onlar qeydiyyatsız yaşayan azərbaycanlılara hüquqi yardımlar göstərəcək, onların maarifləndirilməsi işlərilə məşğul olacaqlar: "Sankt-Peterburqda açılacaq ofisə hər bir azərbaycanlı müraciət edə bilər və onlara pulsuz hüquqi yardım göstəriləcək, qeydiyyata düşmək üçün hansı sənədləri toplamaq, hansı idarələrə təqdim etmək lazım olduğunu izah edəcəklər. Həmçinin Baş Konsulluğun təşəbbüsü ilə 15 nəfər tələbə həm Sankt-Pererburqun özündə, həm də regionlarda soydaşlarımıza hüquqi yardımlar göstərəcək. Bundan başqa gələn həftənin 1-ci günündən soydaşlarımız "Azərbaycan" cəmiyyətinin ofisinə də müraciət edə bilərlər və onların bütün suallarına cavab veriləcək"-deyə Baş Konsul məlumat verib.

Q.Osmanov onu da deyib ki, yaxın 1həftə ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsindən 2 nəfər Sankt-Peterburqa ezamiyyətə göndəriləcək. Artıq bu barədə daxili işlər nazirinin sərəncamı var. Onlar Azərbaycanın Baş Konsulluğunda oturacaq, azərbaycanlıların müvafiq sənədləri, arayış və pasportlarla bağlı lazımi köməkliyi göstərəcklər.

Baş Konsul azərbaycanlıların qeydiyyat problemlərini öyrənmək məqsədilə yanvar-fevral aylarında Rusiyanın şimal-şərq federal dairəsinə daxil olan bütün vilayətlərinə səfər edəcək.

Xəbər lenti

Xəbər lenti