...

Azərbaycan XİN başçısı Küveytə rəsmi səfər edəcək

Siyasət Materials 19 Yanvar 2007 12:47 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytə rəsmi səfər edəcək. Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən xəbərə görə, səfər yanvarın 20-21-nə nəzərdə tutulub.

Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev Trend ə bildirib ki, Azərbaycan xarici siyasət idarəsinin başçısı yüksək səviyyəli görüşlər keçirəcək, o cümlədən baş nazir Şeyx Nəsir əl-Məhəmməd əl-Əhməd əl-Sabah, Milli yığıncağın sədri Casem Məhəmməd əl-Xarafi, müxtəlif nazirlik və ölkə hökümətinin idarə başçıları ilə görüşlərin keçirilməsi planlaşdırılır. Danışıqlarda əsas mövzu bir çox sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri olacaq. Tərəflər əməkdaşlığın energetika, iqtisadiyyat, mədəniyyət və humanitar kimi perspektiv sahələrini nəzərdən keçirəcəklər. Səfir bildirib ki, danışıqların yekununda Küveytin Xarici İşlər Nazirliyində Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr haqqında Protokolun imzalanacağı ehtimal olunur və əlavə edib ki, bu, Azərbaycan XİN başçısının Küveytə ilk rəsmi səfəridir.

Yanvarın 22-də nazir Küveytdən Moskvaya yola düşəcək. Orada yanvarın 23-də ATƏT Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlarının keçiriləcəyi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti