...

Polşa XİN rəhbərinin Azərbaycana səfərinin tarixi dəqiqləşib

Siyasət Materials 13 Fevral 2007 16:21 (UTC +04:00)
Polşa XİN rəhbərinin Azərbaycana səfərinin tarixi dəqiqləşib

Polşa xarici işlər naziri Anna Fotıqa 28 fevral-1 martda Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev bildirib.

Səfir bildirib ki, Polşa XİN rəhbərinin son 15 ildə ilk dəfə Azərbaycana rəsmi səfəri çərçivəsində nazir Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla, parlament spikeri Oqtay Əsədovla və prezident İlham Əliyevlə görüşəcək.

Səfir Azərbaycan və Polşa xarici işlər nazirlikləri arasında əməkdaşılğa dair razılaşma imzalanacağını da istisna etməyib.

Qeyd edək ki, A.Fotıqa 26-27 fevralda Ermənistanda səfərdə olacaq, oradan 27-28 fevralda Tbilisiyə səfər edəcək.

Xəbər lenti

Xəbər lenti