...

"Aqrar-kredit" IFAD-ın ikinci layihəsində agent olmaq istəyini bildirib

Siyasət Materials 20 Fevral 2007 14:37 (UTC +04:00)
"Aqrar-kredit" IFAD-ın ikinci layihəsində agent olmaq istəyini bildirib

Qeyri-bank kredit təşkilatı "Aqrar-kredit" bank-agent qismində Azərbaycanda yeni kənd təsərrüfatı layihələrində iştirak etmək üçün beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparır. Bu barədə Trend ə "Aqrar - kredit" təşkilatının idarə heyətinin sədri Məmməd Musayev məlumat verib.

Kənd Təsərrüfatı İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) "Azərbaycanın şimal-şərq regionlarının inkişafı" (North Development Project) layihəsinin həyata keçirilməsi ilə əlaqdər kredit təşkilalarının seçilməsi üçün tender keçirilir.

M. Musayevin sözlərinə görə, "Aqrar-kredit" həmçinin layihənin kredit komponentinin həyata keçirilməsi üçün öz təkliflərini təqdim edib. Bu layihədə kredit komponenti 4,8 milyon dollar təşkil edir. IFAD-ın ilk kənd təsərrüfatı layihəsi çərçivsəində agent funksiyalarını Turanbank yerinə yetirirdi.

Layihəyə əsasən müqavilə 2006-cı ilin iyulun 27-də Bakıda imzalanıb. Layihə Azərbaycanın dörd şimal-şərq rayonunu - Xızı, Siyəzən, Dəvəçi və Abşeron rayonlarını əhatə edir. Bu rayonlarda daxili təsərrüfat meliorasiya işlərinin təkmiləşdirilməsi nəzərdə tutulub.

Layihənin ümumi dəyəri Azərbaycanın 2,69 milyon dollar ilkin payı ilə 25,148 dollar təşkil edir. Hökumət OPEC Fondunun maliyyə vəsaitlərini (7,9 milyon dollar) cəlb etməkdən imtina edib. Belə ki, fond Azərbaycanın illik normasını 0,75%-dən 5%-dək artırıb. Bunun da nəticəsində hökumət bu payı dövlət büdcəsinin hesabına maliyyələşdirməyə qərar verib.

Layihə çərçivəsində 10 milyon dollar meliorasiya işlərinə, 6 milyon dollar su istifadəçilərinn assosiasiyasının yaradılmasına, 4,8 milyon dollar kreditləşməyə, qalan hissəsi isə işçi qrupunun saxlanılmasına sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti