...

Rusiya Şimal-Cənub layihəsində Azərbaycanın rolunu yüksək qiymətləndirir

Siyasət Materials 21 Fevral 2007 13:06 (UTC +04:00)
Rusiya Şimal-Cənub layihəsində Azərbaycanın rolunu yüksək qiymətləndirir

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Rusiya və Azərbaycan dəmir yolu idarələri arasında daha sıx əməkdaşlıq üçün potensial var. Bu barədə bu gün Moskvada Trend müxbirinin sualına cavab verərkən MDB dəmir yolu nəqliyyatı üzrə Şuranın sədri, "Rusiya dəmir yolları" ASC prezidenti Vladimir Yakunin bildirib.

Onun sözlərinə görə, tərəflər gələcəyə baxmalıdır və bu münasibətdə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çox perspektivlidir. O bildirib: "Biz İranda böyük miqyaslı danışıqlar aparmışıq və Şimal-Cənub layihəsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk".

V.Yakunin bildirib ki, Moskvada ADDY rəisi azərbaycanlı həmkarı Arif Əsgərovla görüş keçirmək niyyətindədir. Bu görüşdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək. V.Yakunin əlavə edib ki, MDB dəmir yolunun inkişaf etdirilməsi işində Azərbaycanın tövhəsi MDB üzrə yük və sərnişin daşımalarında Azərbaycana məxsus paya bərabərdir və biz buna çox böyük önəm veririk.

Xəbər lenti

Xəbər lenti