...

Gürcüstanın nazir müavini: Azərbaycanla sərhədlərin delimitasiyası məsələsində təmas nöqtələri mövcuddur

Siyasət Materials 6 Mart 2007 16:11 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.İlhamqızı/Bakıda səfərdə olan Gürcüstan xarici işlər nazirinin müavini Georgi Manceqaladze Trend ə bildirib ki, Azərbaycanla sərhədlərin delimitasiyası məsələsində təmas nöqtələri mövcuddur.

Onun sözlərinə görə, bu gün keçirilən görüşdə və sabahkı görüşdə sərhədlərin delimitasiyasının bütün detalları razılaşdırıla bilər. Tərəflər Azərbaycan və Gürcüstanın 470 km. sərhədi boyu ərazinin delimitasiyası üzrə təmas nöqtələrini inkişaf etdirməyə ümid edir. Hazırda bütün ərazi sahəsinin 210 km-i razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti