...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri martın sonlarında Strasburqa gedəcəklər

Siyasət Materials 9 Mart 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvləri martın sonlarında Strasburqa gedəcəklər. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, qurumun yaz sessiyasında ölkəmizin öhdəlikləri ilə bağlı məruzə müzakirə olunacaq. Hazırda məruzə üzərində iş aparılır.

S.Seyidov qeyd edib ki, məruzə müzakirəyə çıxarılmazdan əvvəl, martın sonlarında AŞPA-nın Daimi Komitəsində müzakirə olunacaq.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Trend ə müsahibəsində bildirib ki, qurumun Daimi Komitəsinin iclası martın 28-də keçiriləcək və toplantıda ölkəmizlə bağlı məruzə müzakirə olunacaq.

Qurumun yaz sessiyası aprel ayında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti