...

ABŞ Azərbaycan rəhbərliyini insan haqları sahəsində çatışmazlıqları aradan qaldırmağa çağırır

Siyasət Materials 12 Mart 2007 13:57 (UTC +04:00)
ABŞ Azərbaycan rəhbərliyini insan haqları sahəsində çatışmazlıqları aradan qaldırmağa çağırır

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/ABŞ Azərbaycan rəhbərliyini Dövlət Departamenitinin illik hesabatında göstərilmiş insan haqları səhəsində olan çatışmazlıqları aradan qaldırmağa çağırıb və bu məsələ ilə bağlı ölkə hökumətinə kömək göstərməyə hazır olduğunu bildirib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Xəzər Universitetinin tələbələri ilə görüşündə bəyan edib.

Dövlət Departamentinin illik hesabatında Azərbaycan insan haqları ilə bağlı vəziyyətin pisləşməsinin müşahidə olunduğu ölkələr siyahısında yer alıb. Neqativ anlar sırasında diplomat hesabata əsaslanaraq jurnalistlərə qarşı hücumların artması, sərbəst toplaşmaq hüququnun pozulması, türmələrədə vəziyyətin pisləşməsi, məhkəmə və polis sistemində korrupsiyanı göstərib. "Azərbaycan rəhbərliyinə bu çatışmazlıqları aradan qaldırmaq lazımdır, belə ki, Azərbaycanın insan haqlarının təmin olunması sahəsində ATƏT, AB, AŞ və NATO qarşısında ciddi öhdəlikləri var", -deyə səfir qeyd edib. "Azərbaycan qərb dəyərlərinə əsaslanan dövlət yolunu seçib və iradəsi ilə bu dəyərlərə uyğun gəlməlidir", deyə E.Dersi vurğulayıb.

Səfir həmçinin demokratikləşmə yolunda əldə olunmuş müsbət irəliləyişləri də qeyd edib. Onun sözlərinə görə, Dövlət Departamenitinin hesabatında müsbət anlar kimi dini tolerantlıq, korrupsiyaya qarşı dövlətin həyata keçirdiyi cəhdlər, məhz korrupsiyaya qarşı mübarizə üzrə dövlət komissiyasının yaradılması göstərilib.

"Azərbaycan enerji və insan resursları ilə zəngin ölkədir və rəhbərlik xalqla birgə demokratiyaya nail ola bilər", - deyə səfir bəyan edib. Beynəlxalq ictimaiyyət və ABŞ ölkə rəhbərliyinə istənilən kömək və dəstəyi göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti