...

Fəzail Ağamalı Hüseyn Abdullayevlə barışmaq istəmir

Siyasət Materials 30 Mart 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cümə günü Bakıda bildirib ki, o, martın 16-da parlamentdə aralarında insident baş vermiş həmkarı Hüseyn Abdullayevi barışmaq fikrində deyil. "Əgər Hüseyn Abdullayev sizdən üzr istəsə, onu bağışlayarsınız" sualına F.Ağamalı konkret cavab verməyib. O deyib ki, bu sonranın məsələsidir: "Qarşı tərəf baş vermiş hadisədən peşmançılıq keçirdiyini açıqlasa, ğu haqda düşünmək olar".

F.Ağamalı hesab edir ki, istintaq getdiyinə görə, bu məsələ ətrafında geniş müzakirə aparılmasına ehtiyac yoxdur: "İstintaq gedir və hər şeyə aydınlıq gətiriləcək. İnanıram ki, istintaq məsələləri obyektiv araşdıracaq".

Xəbər lenti

Xəbər lenti