...

Azərbaycan baş nazirinin birinci müavini Moskvadadır

Siyasət Materials 30 Mart 2007 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bu gün MDB İqtisadi Şurasının Moskvada keçirilən toplantısında Azərbaycanı təmsil edir. MDB İcraiyyə Komitəsindən verilən məlumata görə, iclasın gündəliyində 20-dən artıq məsələ var. İclasda əsas diqqət azad ticarət yaradılması üçün normativ hüquqi bazanın müasirləşdirilməsinə yönəldiləcək.

İclasın gedişində Birlik ölkələri ekspertlərinin 2007-ci ilin fevralında azad ticarət zonalarının işləməsi məsələləri ilə bağlı xüsusi toplantısının yekunları müzakirə olunacaq. Müzakirə olunacaq məsələlər sırasına "Müstəqil Dövlətlər Birliyi ölkələrinin gömrük sərhədlərindən elektrik enerjisinin ötürülməsi zamanı gömrük prosedurlarının uyğunlaşdırılması barədə saziş layihəsi"; "Müstəqil Dövlətlər Birliyi ölkələrinin atom enerjisindən sülh məqsədləri üçün istifadə sahəsində əməkdaşlıq və informasiya mübadiləsi Sazişi" kimi məsələlər daxildir.

İqtisadi Şura MDB-yə üzv dövlətlərdə quş qripinin ölkəyə daxil olması və yayılması xəbərdarlığı ilə Birlik ölkələrinin birgə kompleks tədbirləri barədə mühüm sənəd qəbul edəcək.

Şuara iştirakçıları bir çox iqtisadi məsələləri və 2007-ci il vahid MDB büdcəsinin doldurulması ilə bağlı məsələni də müzakirə edəcəklər. İclasın yekununa müvafiq olaraq MDB hökumətlərarası və dövlət başçıları şurasında baxılmaq üçün müəyyən sənədlər qəbul oilunacaq. İclasda iştirak edən baş nazirin birinci müavini MDB dövlət nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti