...

Azərbaycanlıların soyqrımına həsr olunan beynəlxalq konfrans keçirilir

Siyasət Materials 31 Mart 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə dair "Faciənin tarixi" adlı Beynəlxalq Konfrans keçirilir. Şənbə günü M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan toplantıda nazirlər, ictimai-siyasi xadimlər, ziyalılar, tarixçi alimlər, xaricdən gəlmiş qonaqlar iştirak edirlər.

Tədbirin təşkilatçıları bu mövzuda beynəlxalq konfransı keçirilməsi təşəbbüsü haqqında məlumat veriblər. Sonra Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək 1918-ci ilin martında Stepan Şaumyanın rəhbərliyi ilə daşnak-bolşevik silahlı qruplaşmalarının azərbaycanlılara qarşı törətdiyi qırğınların tarixindən daşnışıb. Nazir uzun müddət bu tarixin araşdırılmasının qadağan edildiyini, lakin ölkəmiz müstəqillik qazandığından sonra 1998-ci ildə prezidentin fərmanı ilə 31 martın soyqırım günü elan edildiyini diqqətə çatdırıb. Nazir ötən ilki kimi bu il də 31 martla bağlı İnternet-təbliğat aksiyasının keçirildiyini deyib.

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu ermənilərin türk millətinə qarşı tarix boyu apardığı soyqırım siyasətindən, xüsusilə də bütün dünyada türklərə qarşı yalançı təbliğat aparmaqlarından danışıb, uydurma iddiaları ilə məqsədli şəkildə insanlarda bu millətə qarşı nifrət yaratdığını qeyd edib.

Çıxışlardan sonra soyqırıma həsr olunmuş "Faciənin tarixi" adlı videoklip nümayiş olunub.

Konfransda xarici məruzəçilər qismində Türkiyənin Tarix Qurumunun başqanı professor Yusif Halaçoğlu, türkiyəli millət vəkili Müzəffər Gülyurdun məruzələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti