...

Millət vəkili: "Hesab edirəm ki, Milli Məclis Əfqanıstanda xidmət edən azərbaycanlı sülhməramlıların sayının artırılmasını dəstəkləyəcək"

Siyasət Materials 3 May 2007 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müraciət olunarsa, Milli Məclis Əfqanıstanda xidmət edən azərbaycanlı sülhməramlıların sayının artırılmasına müsbət münasibət bildirəcək. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzəda bildirib.

Millət vəkili qeyd edib ki, Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlılarının fəaliyyətindən yalnız razılıq bildirilir və hərbçilərimiz öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

"Mən Əfqanıstandakı sülhməramlılıramızın sayının artırılmasına müsbət yanaşıram. Çünki tarixən Azərbaycanla Əfqanıstan arasında sıx münasibətlər olub. Görünür, belə bir məsələnin gündəmə gəlməsi həm sülhməramlılarımızın yaxşı xidməti, həm də iki ölkə arasında tarixən sıx münasibətlərin olmasının nəticəsidir", -deyə parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü əlavə edib.

O bildirib ki, əgər Əfqanıstandakı sülhməramlılırımızın sayının artırılması təklifi olarsa bunun lehinə səs verəcək: "Düzdür, bunun əleyhinə çıxanlar da ola bilər. Hesab edirəm ki, belə bir təklif olarsa Milli Məclis ona müsbət cavab verər".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, rəsmi Bakı Əfqanıstanda xidmət edən sülhməramlılaranın sayını artırmağı planlaşdırır. Qanunvericiliyə görə, Milli Məclis buna razılıq verməlidir.

Xəbər lenti

Xəbər lenti