...

Azərbaycan prezidenti Həzi Aslanovun abidəsi önünə əklil qoyub

Siyasət Materials 9 May 2007 12:14 (UTC +04:00)
Azərbaycan prezidenti Həzi Aslanovun abidəsi önünə əklil qoyub

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da SSRİ qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

Bu gün dövlət başçısı həmçinin Alman faşizmi üzərində Böyük Vətən müharibəsi qələbəsinin 62 illiyi münasibəti ilə veteranlarla görüşüb.

Faşist Almaniyasının təslim olması ilə əlaqədar SSRİ mayın 9-nu Alman faşizmi üzərində qələbə günü elan edib. 1945-ci il mayın 8-i saat 24-də Berlində faşist Almaniyası ilə şərtsiz təslim aktının imzalanması mərasimi keçirilib.

Alman hökumətinin nümayəndəsi Marşal Georgi Jukovun sədrliyi ilə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hərbi qüvvələri qarşısında şərtsiz təslim haqqında Akt imzalanıb. Akt mayın 9-u saat 00.00 dan qüvvəyə minib.

SSRİ Almaniyadan şərqdə olduğu üçün vaxt fərqi ilə həmin anda artıq mayın 9-u səhər saatları idi. ABŞ, Böyük Britaniya və Fransada isə mayın 8-i günün ikinci yarısı idi. Bu səbəbdən SSRİ-də qələbə günü mayın 9-u, Avropa ölkələri və ABŞ-da isə mayın 8-i qeyd olunur.

Xəbər lenti

Xəbər lenti