...

Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi regiona növbəti səfərə hazırlaşır

Siyasət Materials 16 May 2007 15:22 (UTC +04:00)
Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi regiona növbəti səfərə hazırlaşır

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Avropa Birliyinin Cənubi Qafqaz ölkələrində xüsusi nümayəndəsi Piter Semnebinin regiona səfəri iyun ayına təyin olunub. Bu barədə telefon vasitəsilə Brüsseldən Semnebinin özü məlumat verib.

Azərbaycan, Ermənistan və Gürcüstana səfər zamanı rəsmi şəxslər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər nəzərədə tutulur. Ermənistan KİV-lərinin məlumatına əsasən, səfər zamanı xüsusi nümayəndənin Ermənistan və Azərbaycan arasında hərbi münaqişənin predmeti olan Azərbaycanın işğal olunmuş 7 rayonu sırasında olan Dağlıq Qarabağa da baş çəkəcəyi istisna edilmir. Semnebinin məlumatına əsasən, səfərin tarixi kimi proqramı da hələ ki, dəqiqləşdirilməyib.

AB-nin xüsusi nümayəndəsi Cənubi Qafqaz ölkələrinə ildə bir neçə dəfə səfər edir. Onun mandatına Avropa Birliyi və region ölkələri arasında əməkdaşlıq məsələləri, həmçinin 2004-cü ildə qəbul olunmuş Avropa Qonşuluğu Siyasəti Proqramı çərçivəsində müzakirələr daxildir. Proqram onda iştirak etmək arzusunu bildirmiş ölkələrlə maksimal sıx əməkdaşlıq, həmçinin demokrtikləşmə və bazar islahatları sahəsində əməkdaşlığı nəzərdə tutur. AB-nin bu proqramı çərçivəsində yalnız Azərbaycanla Fəaliyyət Planının reallaşdırılmasına dair birinci üç il üçün 100 mln. avro ayrılıb.

Xəbər lenti

Xəbər lenti