...

Deputat Asim Mollazadə: "Rusiya Azərbaycanın önəmini anlayır və Ermənistana əvvəlki kimi hərbi dəstək vermir"

Siyasət Materials 24 May 2007 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiya ilə Azərbaycan arasında enerji sahəsində ciddi rəqabət yoxdur. Bu barədə cümə axşamı mətbuat konfransı keçirən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə açıqlama verib.

Onun fikrincə, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri və digər layihələr Rusiyada qısqanclıq doğurmur. Çünki Rusiya Xəzər dənizinin şimalında emal olunan enerjini dünyaya çıxara bilər. Həmçinin Rusiya prezidentinin Qazaxıstan prezidenti ilə danışıqları nəzərdə tutulur.

Mollazadə hesab edir ki, V.Putin prezident seçiləndən sonra Rusiya Azərbaycanla bağlı balanslaşdırılmış siyasət yürüdür, həmçinin Ermənistana əvvəlki kimi hərbi dəstək vermir: "Rusiya Azərbaycanın önəmini anlayır. Amma ölkələrarası münasibətlərin yüksəldilməsi üçün mövcud potensialdan tam istifadə olunmur. Azərbaycanda rus dilinin, mədəniyyətinin qorunub saxlandığını biz Rusiya ictimaiyyətinə çatdıra bilmirik. Ölkələr arasında tarixən sıx mədəni əlaqələr, bağlar olub. İndi də məhz mədəniyyət bir çox qapıları aça bilər və iki ölkənin ictimaiyyətinin bir-birinə yaxınlaşdırılmasında mədəniyyətlərin qarşılıqlı şəkildə təbliği böyük rol oynaya bilər"-deyə Mollazadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti