...

Prezidentin İcra Aparatının rəhbəri: "Azərbaycanın Seçki Məcəlləsinə ciddi dəyişikliklər edilməyəcək"

Siyasət Materials 31 May 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan Prezidentinin İcra Aparatının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri və Azərbaycanın MSK sədri Strasburqda Venesiya Komissiyası ilə ölkənin Seçki Məcəlləsini müzakirə edirlər. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, Seçki Məcəlləsinə ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulmur.

"Əgər hansısa dəyişikliklər ediləcəksə, onlar yalnız texniki xarakterli olacaq" - deyə o qeyd edib.

Azərbaycanda böhtan və ləyaqətin təhqir edilməsi maddəsi ilə həbs olunan 7 jurnalistin əfv edilməsinin mümkünlüyünə dair fikrini açıqlayan Mehdiyev məsələnin dövlət başçısının səlahiyyətində olduğunu vurğulayıb. "Düşünürəm ki, prezident həbs olunmuş jurnalistlərə qarşı da belə addım ata bilər" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti