...

Redaktorlar Birliyi növbəti dəfə yürüş-mitinqi təxirə saldı

Siyasət Materials 22 İyun 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Redaktorlar Birliyinin təşkilatçılığı ilə iyunun 23-də keçirilməsi planlaşdırılan yürüş-mitinq təxirə salsydı. Bu barədə qərar Redaktorlar Birliyinin cümə günü keçirilən toplantısında verilib.

Qeyd edək ki, Redaktorlar Birliyi Azərbaycanda jurnalistlərə təzyiqlərə etiraz olaraq iyunun 23-də saat 16.00-dan 18.00-dək metrounun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq Neft Emalı Zavodunun balansında olan meydanda mitinq keçirilməsini planlaşdırırdı. Bakı Şəhər İcra Hakimiyyətinin buaksiya ilə bağlı cavab məktubunda isə mitinqin "Ukrayna" meydanında keçirilməsinə razılıq verildiyi bildirilib.

Xatırladaq ki, bundan əvvəl də jurnalistlər eyni marşrut üzrə yürüş-mitinq keçirilməsi ilə bağlı müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyəti isə Neft Emalıv Zavodunun həyətində deyil, Ukrayna meydanında mitinqə razılıq vermişdi. Lakin aksiyanın təşkilatçıları Ukrayna dairəsi ərazisində çalaların qazılmasını, ərazinin aksiya üçün yararsız olduğunu əsas gətirərək orada mitinq keçirməkdən imtina etmişdilər. Eyni müraciətə eyni cavab ikinci dəfə təkrar edildi.

Redaktorlar Birliyi ikinci dəfə də yürüş-mitinqi təxirə salmağa və izacəsiz etiraz aksiyalarının keçirilməsi üçün gələn həftə müzakirələrə başlanmasına qərar verib.

Bir sıra müxalifətyönlü və müstəqil qəzetlər, jurnalist təşkilatları Azərbaycanda jurnalistlərə edilən təzyiqlərə, onların həbsinə, qəzetlərin cərimələnməsinə etiraz edirlər və bu məqsədlə piketlər, mitinqlər təşkil olunur.

Xəbər lenti

Xəbər lenti