...

Türkiyənin baş naziri: Siyasi münaqişələr regionda effektiv iqtisadi əməkdaşlıq yolunda ciddi maneədir

Siyasət Materials 25 İyun 2007 18:13 (UTC +04:00)
Türkiyənin baş naziri: Siyasi  münaqişələr regionda effektiv iqtisadi əməkdaşlıq yolunda ciddi maneədir

RİA - Novosti agentliyinin məlumatına görə, Türkiyənin baş naziri Tayip Ərdoğan bildirib ki, Türkiyə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını konkret layihələrin həyata keçirilməsilə məşğul olan struktura çevirmək niyyətindədir.

"Biz Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını konkret layihələrin reallaşması ilə məşğul olan əlverişli və effektiv təşkilata çevirmək məqsədi güdürük" - deyə o bazar ertəsi İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ildönümünə həsr olunmuş sammitin iştirakçılarının şərəfinə təşkil olunmuş nahar zamanı bildirib. AB ilə başlanan dialoqun ümidverici olduğunu qeyd edən Ərdoğan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Avropa Birliyi arasında əlaqələrin inkişafının tərəfdarı olduğunu bildirib.

"Türkiyənin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi zamanı biz Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və AB arasında oktyabr ayında nazirlər səviyyəsində ilk görüş keçirməyi planlaşdırır" - deyə baş nazir bildirib.

Onun fikrincə, siyasi münaqişələr regionda effektiv iqtisadi əməkdaşlıq yolunda ciddi maneədir. "Biz regiondakı münaqişələri həll etmək üçün səylərimizi birləşdirməliyik" - deyə Türkiyə hökumətinin başçısı bildirib.

Ərdoğan bildirib ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbul sammitinin təşkilatın fəaliyyətində dönüş nöqtəsi olacağına ümid edir.

Xəbər lenti

Xəbər lenti