...

GUAM-ın Avropa Şurasındakı nümayəndə heyətləri razılığa gəliblər

Siyasət Materials 29 İyun 2007 12:51 (UTC +04:00)
GUAM-ın Avropa Şurasındakı nümayəndə heyətləri razılığa gəliblər

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Dünən axşam Strasburqda "Demokratiya və İqtisadi İnkişaf Uğurunda Təşkilat - GUAM" (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) ölkələrinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətləri arasında görüş keçirilib. Görüş AŞPA-nın yay sessiyası çərçivəsində baş tutub.

Bu barədə cümə günü telefonla Strasburqdan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Azərbaycanın Avropa Şurasındakı nümayəndəliyində keçən görüşdə, GUAM ölkələrinin AŞPA-dakı nümayəndə heyətləri ilə yanaşı Avropa Şurasının baş katibi Terri Devis də iştirak edib.

Görüş GUAM-ın yaranmasının 10 illiyi və təşkilata rəhbərliyin Azərbaycana keçməsi ilə əlaqədar təşkil olunub. Tədbirdə GUAM ölkələrinin AŞPA-dakı nümayəndə heyətlərinin, eyni zamanda təşkilata üzv dövlətlərin Avropa Şurasındakı nümayəndəliklərinin fəaliyyətinin koordinasiya olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa, GUAM ölkələrinin nümayəndə heyətlərinin etnik münaqişələr və digər problemlər barədə birgə sənədlər hazırlaması məsələsi də müzakirə olunub.

GUAM-a daxil olan dövlətlərdə etnik münaqişələr eyni oluduğundan birgə sənədlər hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti