...

Bakıda uçmuş binanın qonşuluğunda yerləşən binaların sakinləri mənzillərini satır (video)

Siyasət Materials 29 Avqust 2007 14:58 (UTC +04:00)
Bakıda uçmuş binanın qonşuluğunda yerləşən binaların sakinləri mənzillərini satır (video)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/Bakının Naxçıvani küçəsində çərşənbə axşamı uçmuş 16 mərtəbəli binanın qonşuluğunda yerləşən binanın sakinləri mənzillərini satmaq itədiklərini bildiriblər. Bu barədə jurnalistlərə sakinlərdən biri Tərlan Aslanova bildirib.

Onun sözlərinə görə, yaxınlıqda yerləşən mənzillərin sahibləri özlərini aldanmış hesab edirlər. "Yeni tikilən binalar hətta minimal standartlara cavab vermir" - deyə Bakı sakini bildirib.

Çərşənbə axşamı saat 17.00 radələrində "Mütəfəkkir" şirkətinin inşa etdirdiyi bina uçub. Uçma nəticəsində 8 nəfər həlak ölüb. Şirkətin rəhbəri Əsgər Əliyev Azərbaycanın Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işləri və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə həbs olunub.

Bu gün prezident İlham Əliyev hadisə yerinə gəlib və uçmanın səbəblərinin araşdırılıması ilə bağlı sərəncam verib.

Axtarış işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti