...

NATO Azərbaycana yeni koordinator təyin edib

Siyasət Materials 3 Sentyabr 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahimin verdiyi məlumata görə, NATO Azərbaycana yeni koordinator təyin edib, bu polşalı Zbiqnev Rebaçkidir.

İbrahimin sözlərinə görə, yeni koordinatoru alyansın baş katibi Yap de Xoor Sxeffer ötən həftə Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarova ünvanladığı məktubda təqdim edib.

Azərbaycana təyin olunmamışdan əvvəl Rebaçki Polşada NATO-nun baş qərargahında və Ukraynada çalışıb. "Yaxın zamanlarda o, Azərbaycana gələcək" - deyə Azərbaycan XİN-in nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti