...

Milli Təhlükəsizlik Nazirliyi saxta dərmanlar istehsal edən sexlər aşkarlayıb

Siyasət Materials 7 Sentyabr 2007 17:39 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi saxta dərmanlar istehsal edən sexlər aşkarlayıb

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində Lənkəranda saxta dərmanlar istehsal edən sexlər aşkarlanıb. Trend in bölgə müxbirinin məlumatına görə, saxta dərman istehsalı ilə məşğul olan sexlər Lənkəranın Xolmili və Siyavar kəndlərində aşkarlanıb.

Lənkəranın həmin saxta dərmanlar satılan apteklərində yoxlamalar aparılıb və nəticədə bir neçə aptekin fəaliyyəti dayandırılıb.

Faktla bağlı MTN-nin Lənkəran şəhər şöbəsi məlumat vermədiyini və nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılmasını tövsiyə edib.

MTN-nin İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri Arif Babayev bununla bağlı məlumat verəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti