Azərbaycan, Qazax / Trend , müxbir N.Fətullayeva/ Qazaxda təhlükəsizlik qaydalarına cavab verməyən beş yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması ilə bağlı rəy verilib.
Bu barədə çərşənbə axşamı Trend ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qazax rayon Mülki Müdafiə Qərargahının rəisi Azad Hümbətov məlumat verib.
Avqustun 29-da Qazaxa qonşu olan Ağstafa rayonunda qazdoldurma məntəqəsində yanğın baş verib. Nəticədə 4 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Hümbətov hazırda həmin məntəqələrdə yoxlamalar aparıldığını və indiyədək iki məntəqənin bağlanıldığını söyləyib.
Qazax paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.