Hollandiya, Rotterdam / Trend , müxbir Z.Səfərov/ Rotterdamda dünya Superkubokunun bürünc medalını qazanan Azərbaycan cüdoçusu Ramil Qasımov ( 66 kq), Pekin Olimpiadasına düşmə şanslarını əhəmiyyətli dərəcədə yüksəldib.
Üçüncü yerə görə idmançının aktivinə 40 hesab balı əlavə edilib ki, bu da, yalnız onun reytinqinin qalxmasına deyil, həm də, olimpiadaya düşmə perspektivini artırıb. Bundan əlavə 2008 - Oyunlarına yarışın dərəcə tabelində birinci 9 yeri tutumuş idmançılar vəsiqə qazanacaq.
Bununla yanaşı hesab olunur ki, bu yaxınlarda Braziliyada keçirilən dünya çempionatında öz vəzifəsini minimum yerinə yetirən cüdoçuların reytinqi artıq olmayacaq.
Dünya Superkubokunda qazanılan qələbə 90, ikinci yer isə 50 hesab balı qiymətləndirilir.