...

Peşəkar boksçu Əli İsmaylov: "WBO Latino kəməri üzrə döyüşün Bakıda keçirilməsi həll olunmuş məsələdir"

Cəmiyyət Materials 23 Oktyabr 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "WBO Latino kəməri üzrə döyüşün Bakıda keçirilməsi həll olunmuş məsələdir". Bu barədə Trend ə dekabrın 8-də H.Əliyev adına İdman-Konsert Kompleksində boliviyalı idmançı Paulo Farax ilə baş tutacaq döyüşə hazırlaşan peşəkar boksçu Əli İsmaylov bildirib.

Atlet qeyd edib ki, qarşıdan gələn peşəkar boks döyüşünün təşkilatçılığı ilə bağlı bütün məsələlər artıq razılaşdırılıb və bircə rinqə çıxmaq qalıb.

"Bu yaxınlarda "Yaqubov və Co" şirkətinin rəhbəri Aleksandr Yaqubov yenidən Bakıya gəlmişdi. O, nəinki sponsorlar, həmçinin Gənclər və İdman Nazirliyi ilə də, danışıqlar aparıb. Nazirlik bu tədbirin keçirilməsinə razılıq verib" - deyə A.İsmaylov bildirib.

Maraqlıdır ki, ötən ilin sonunda Bakıda Əlinin iştirakı ilə döyüşün keçirilməsi planlaşdırılmışdı. Lakin sponsor problemi səbəbindən bu döyüş baş tutmamışdı.

Xəbər lenti

Xəbər lenti