...

Azərbaycan müğənnisi Xuraman Şuşalı 125 min ABŞ dollarına aldığı maşınını mollaya aparıb

Cəmiyyət Materials 31 Oktyabr 2007 06:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. "TrendLife" Ş. Cavadsoy/ Məmləkətimizin dilbər guşələrindən olan Şuşanı özünə təxəllüs götürmüş müğənni Xuramanın yeni "Audi Q 7" markalı avtomobil alması yeni xəbər deyil. Amma "TrendLife" da sizlərə çatdıracağımız xəbəri oxuyandan sonra mütləq bir çox istifadəçilərimiz mat-məəttəl qalacaqlar. Xəbəriniz olsun ki , son günlər mollaların , cindarların yaxın dostu kimi tanınan Xuraman bu dəfə yeni aldığı avtomobilini bəd nəzərdən qorumaq üçün yenidən dost qapısı döyüb . Özü də nə -az, nə -çox düz 125 min ABŞ dollarına aldığı " Audi Q 7 " maşınını sığortalamaqdan ötrü . Eşitdiklərimizi təsdiqləyən müğənni özünə belə haqq qazandırdı : " Atalarımız düz deyiblər ki , yerin də qulağı var. Bəli belə bir şey olub . H amı bildi ki , o vaxt maşınımla qəza törədəndə , mənəvi cəhətdən çox pis sarsılmışdım . Hətta çıldağa belə aparmışdılar məni . Ona görə də bu dəfə özüm hər şeydən sığotalanmaq üçün maşınımı molla yanına apardım . İndi dualarla qorunan maşınıma çox böyük həzlə minib , şəhər küçələrində şütüyürəm ".

Qəza törətdiyi maşınını 25 min ABŞ dollarına satdığını gizlətməyən müğənni , yeni avtomobilinə minmək istəyənlərə , sərt qanunlar qoyduğunu da təsdiqlədi : " Hə , artıq Xuraman təkcə maşınını yox , həm də müəyyən xasiyyətlərini dəyişib . Qısaca onu deyə bilərəm ki , bundan belə hər adamı avtomobilimə mindirən deyilən . Yalnız dostlarım bu şansdan istifadə edə biləcəklər ".

Xəbər lenti

Xəbər lenti