...

Elza Seyidcahanın mahnısını İlhamə Quliyeva ifa edəcək

Cəmiyyət Materials 13 Dekabr 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Müğənni Elza Seyidcahan TrendLife-a bildirib ki, "ETA production"da bir neçə yeni mahnı yazdırır: "Onlardan ikisinin adını çəkə bilərəm-"Azərbaycan-Türkiyə", "Göyçədənəm" mahnıları. Bu yaxınlarda yeni albomum işıq üzü görüb. Rüstəm Behrudi, Gülağa Tənha, Ramiz Abdullayev kimi şairlərlə işləyirəm. Bu yaxınlarda klip çəklişlərim də gözlənilir. İndiyədək daha çox rejissor Pünhan Həsənli ilə işləsəm də, Fuad Əlişovla da iş birliyim olub. Onun işini çox bəyənirəm. Onu da deyim ki, xalq artsiti İlhamə xanım bu yaxınlarda mənim "Daha ağ eləmə" mahnımı ifa edəcək. İnanıram ki, İlhamə xanımın ifasında bu mahnı hitə çevriləcək. Mahnının sözləri Almaiyada yaşayan həmyerlimiz Nuridə Atəşiyə, musiqisi özümə aiddir. Bundan başqa, müğənni Mətanət İsgəndərli "Gözlərin bana çox uzaq" mahnısını ifa edəcək. O, mahnının da sözləri Aişe Bir Gül Yılmaza, musiqisi mənə məxsusdur".

Xəbər lenti

Xəbər lenti