...

"Sepah"la əməkdaşlıqda təqsirləndirilən qrup üzvləri məhkəmədə etiraz ediblər

Cəmiyyət Materials 25 Fevral 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Zərbalıyeva/ İranın hərbiləşmiş xidməti "Sepah"la əməkdaşlıqda təqsirləndirilən 15 nəfərlik qrup üzvləri prosesin qapalı keçirilməinə etiraz olaraq prosesdə iştirakdan imtina ediblər.

Bu barədə bazar ertəsi Trend ə dəstə başçısı Səid Dadaşbəylinin vəkili Elçin Qəmbərov məlumat verib.

İslam dövləti yaratmaq məqsədilə hakimiyyətin zorla ələ keçirilməsinə hazırlaşmaqda, dövlətə xəyanətdə ittiham olunan qrup üzvləri barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilənlər prosesin açıq keçirilməsini tələb ediblər. Onların vəsatəti təmin olunmadığından prosesdə iştirakdan imtina ediblər. Proses onların iştirakı olmadan davam etdirilib.

Dadaşbəylinin vəkili Qəmbərov çıxış edərək müdafiə etdiyi şəxsə 100 min manat məbləğində təzminat ödənilməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Proses vəkillərin çıxışı ilə davam etdirilib.

Məhkəmənin hökmü ilə Səid Dadaşbəyli, Ceyhun Əliyev, Rəşad Əliyev 14, Cahangir Kərimov , Rasim Kərimov, Samir Qocayev, Fərid Ağayev, Bəybala Quliyev 13, Mikayıl İdrisov, Emin Mehbalıyev 12, Rəşad İsmayılov, Mübariz Süleymanov 9, Faiq İsmayılov 6, Fətulla Bədirov 3 il 6 ay, Zaur Orucov 6 ay azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti