Azərbaycan, Bakı, 27 fevral /müx. TrendLife Şahin Cavadsoy/
Azərbaycanda fəaliyyət göstərən ilk rep qrupu "Dəyirman"ın parçalanması indi şou-gündəmini maraqlandıran xəbərlərə başçılıq edir. Deyilənlərə görə, qrup üzvləri arasında yaranan soyuq münasibətlər, sonda "Dəyirman"ın dağılması ilə nəticələnib. TrendLife-a danışan "dəyirmançı" ABD Malik, söylənilən bütün fikirləri təkzib etdi: "Atalarda belə bir misal var - od olmayan yerdən, tüstü çıxmaz. Bəli, bir ilə yaxındır ki, yaradıcılıqla məşğul olmağa ara vermişik. Lakin bu o demək deyil ki, biz dağılımışıq. Qoy bu arzu ilə yaşayan bədxahlarımız bilsinlər ki, "Dəyirman" bir zamanlar bomba kimi partlatdığı "Qafiya - Mafiya" layihəsinin ikinci hissəsini pərəstişkarlarına təqdim etməyə hazırlaşır. İnşallah, martda qrupumuzun digər üzvləri ilə bütün suallara aydınlıq gətirəcəyik".